Şimali Koreya liderinin nüvə sınağı şərhi

Şimali Koreya liderinin keçən həftə baş tutmuş nüvə sınağından sonra hərbi rəhbərləri təbrik etməsi dövlət televiziyasında görüntülənib.

Kim Jong Un bu sınağı suveren dövlətin legitim haqqı kimi qiymətləndirib.

Onun sözlərinə görə bu, özünü müdafiə addımıdır və regionun “ABŞ-ın rəhbərlik etdiyi imperialistlərin nüvə müharibəsi törətmək təhlükəsindən” qorunması cəhdidir.