Qvatemala: vulkan göyə kül püskürür

Qvatemalada fəallaşan Fueqo vulkanı göyə kül kütləsi atmağa başlayıb. Vulkan daxilində daim səslənən partlayışlar yaxınlıqdakı evləri əsdirir.

Fevral ayında vulkan aktivliyi paytaxt hava limanının bağlanılmasına səbəb olmuşdu.

Hakimiyyət hələ ki, yaxınlıqdakı yaşayış məntəqələrinin evakuasiya edilməsinə ehtiyac olmadığını bildirir.