Bu gün Nardaranda nələr olub? Kənd sakinləri danışır
Rəsmi məlumata əsasən, Nardaranda polislə yerli sakinlər arasında baş vermiş toqquşmada iki polis əməkdaşı da daxil olmaqla 6 adam öldürülüb.
Kənd sakinləri BBC Azərbaycanca müxbirinə bildiriblər ki, toqquşmaya səbəb ilahiyyatçı Taleh Bağırovun kənddə saxlanması olub.
"20 gundur ki, Taleh Bağırov kənddə idi və camaatın xahişilə bura gəlmişdi", - Nardaran sakinləri müxbirimizə bildirib.
Hüquq-mühafizə orqanlarının məlumatında deyilir ki, Taleh Bağırov və daha 3 nəfər dövlətin konstitusiya quruluşunun "zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar".
Nardardana baş çəkən BBC müxbiri Günel Səfər yerli sakinlərlə danışıb.