"Arxaya baxanda əli kalaşnikovlu gəncləri gördüm"
Parisdə Bataclan konsert zalına hücumdan sağ çıxan Jerome Bartelemy girov götürülən tamaşaçıların neçə gülləbaran edildiyi barədə danışıb.
Parisdə hücumlar vaxtı ən azı 127 adam ölüb. Onlardan çoxu Bataclan konsert zalında həlak olub. Burada adamları girov götürən basqınçılar polisin zala hücumundan sonra öldürülüblər.
2004-cü il Madrid bomba partlayışlarından sonra bu, Avropada ən ölümcül hücumlardır.