Paris: adamlar hücum edilmiş konsert zalından qaçırlar

Parisdə hücumlar vaxtı ən azı 127 adam ölüb. Onlardan çoxu Bataclan konsert zalında həlak olub. Burada adamları girov götürən basqınçılar polisin zala hücumundan sonra öldürülüblər.

Le Mond qəzetinin jurnalisti Daniel Psenny basqın vaxtı adamların zalın arxa tərəfindən qaçdığını çəkib.

Fransa hadisədən sonra ölkə boyu fövqəladə vəziyyət elan edib. Ölkədə 3 günlük matəm elan olunub.

2004-cü il Madrid bomba partlayışlarından sonra bu, Avropada ən ölümcül hücumlardır.

Video şərhsizdir.