Bənd dağıldı - ətraf zəhərli çirkab suya batdı
Braziliyanın cənub-şərqindəki Minas-Jeyras ştatında su bəndinin yarılması nəticəsində azı 15 nəfər həlak olub, onlarlıa adam xəsarət alıb.
Damba qonşuluqdakı filiz mədənindən axıdılan toksik tullantı suların qarşısını kəsməyə xidmət edirdi.
Çirkab sular yaxınlıqdakı yaşayış məntəqəsinə daşıb. Yüzlərlə insan evakuasiya olunub, 200 binanı çirkab su basıb.
Rəsmilərə görə, onlarla adam itkin düşüb. Şaxtanın sahibi Samarco müştərək Avstraliya-Braziliya şirkətidir.