Gürcüstanda Azərbaycan xalçaçılıq ənənəsini yaşadan amerikalı

ABŞ-ın Millenium Yardım və İnkişaf Xidmətləri təşkilatının təşəbbüsü ilə həyata keçirilən “reWoven” layihəsi Gürcüstan azərbaycanlıları arasında xalçaçılıq ənənəsinin dirçəldilməsinə çalışır.

Xalçaların satışından ələdə olunan gəlirlər isə toxuculara ödənilir.

Qafqazda məskunlaşmış britaniyalı jurnalist Onnik Krikorian BBC Azərbaycanca üçün “reWoven” layihəsinin təsisçisi Ryan Smith-lə söhbət edib.