Müsavatın Bakı mitinqi

Oktyabrın 25-də Bakıda Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) Müsavat partiyası seçkiqabağı mitinq keçirib.

Tədbirdə partiya başqanı Arif Hacılı və müsavatçıların lideri İsa Qəmbər çıxış ediblər.

Mitinq iştirakçıəları arasında qarşıda gələn parlament seçkilərində iştirak edəcək keşmiş Daxili İşlər naziri İsgəndər Həmidov da olub.

Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.