Londonda Elçinin Cəhənnəm Sakinləri əsərinə müzikl səhnələşdirilib
Elçinin Cəhənnəm Sakinləri pyesi əsasında hazırlanmış "Midnight" müziklı ilk dəfə olaraq Londonun St. James Teatrında səhnəyə qoyulub.
Sənan Əliyevin rəhbərlik etdiyi Aloff teatrının təqdimatı ilə hazırlanmış musiqili tamaşada hadisələr 1937-ci ilin son anlarında, Sovet Azərbaycanında baş verir.
Tamaşada əsas rolları David Hunter, Rebecca Trehearn və Nicolas Colicos oynayır.
Müxbirimiz Vüsal Həmzəyev tamaşanın rejissoru Matthew Gould-la söhbət edib.