Xəzər Dənizindən raket zərbələri
Oktyabrın 7-də Rusiyanın Xəzər Dənizindəki hərbi gəmilərindən Suriyada yerləşən hədəflər üzərinə raket zərbələri endirilib.
Hava həmlələri son bir neçə ay ərzində Hama və İdlib vilayətlərində mövqelərini möhkəmləndirən üsyançılara qarşı vuruşan Suriya hökumət qüvvələrini dəstəkləmək üçün həyata keçirilib.
Moskva raket zərbəsilə 11 hədəfin məhv edildiyini və mülki əhali arasında tələfatın olmadığını bildirir.
Video şərhsizdir.