Saqqal və Bığ çempionatı
Avstriyada Dünya Saqqal və Bığ Çempionatı təşkil edilib. 20 ölkədən olan yarış iştirakçıları Avstriyanın Leogang qəsəbəsində toplaşıb.
Lakin iştirakçıların əksəriyyəti Almaniya və Avstriyadandır.
Saqqal və bığlar 18 müxtəlif kateqoriyada jüri tərəfindən qiymətləndirilir. Onların arasında ən yaxşı keçi saqqalı, ən yaxşı cod tük və ən dəbli saqqal kateqoriyaları da var.