Dünyanın ən qədim Quran əlyazmalarından biri sərgilənib

Dünyanın ən qədim Quran əlyazmalarından birinin səhifələri İngiltərənin Birmingham Universitetində sərgilənib.

Təxminən bir əsr universitetin kitabxanasında saxlanmış dörd səhifədən ibarət Quran əlyazması üzə çıxarılıb.

Tarixçilər hesab edir ki, Quran yeddinci əsrin ortalarında tərtib edilib.

Lakin araşdırmalar üzə çıxarıb ki, sərgilənən səhifələr daha əvvəl yazılıb. Mümkündür ki, Məhəmməd Peyğəmbərin müasiri tərəfindən.