Shell Alyaskada neft-qaz kəşfiyyatını dayandırır
Royal Dutch Shell şirkəti Alyaskada neft-qaz kəşfiyyatını dayandıracağını elan edib.
Şirkət qazılmış kəşfiyyat quyularının bu bölgədə geniş miqyaslı istismar üçün neft-qaz ehtiyatlarının kifayət həcmdə olmadığını göstərdiyini bildirib.
Shell-in bu addımı Alyaska şəraitində neft-qaz hasilatının dünyada hazırda neftin ucuzlaşması dövründə gəlirsiz iş olduğundan xəbər verir.