Həcc ziyarəti başlayır
Səüdiyyə Ərəbistanına həcc ziyarətinə bütün dünyadan 2 milyona yaxın müsəlman gəlib.
Həcc sentyabrın 22-dən başlayır.
Zəvvarlar Məkkə məsçidi, Kəbə və müsəlmanlar üçün digər müqəddəs yerləri ziyarət edəcək.
Bu ayın əvvəlində inşaat kranın aşması və 100-dən artıq insanın həlak olması da həcc ziyarətini poza bilməyib.
Səüdiyyə Ərəbistanı zəvvarların təhlükəsizliyini təmin etmək üçün 100 minlik mühafizə qüvvəsini səfərbər edib, 5 minədək CCTV kamerası yerləşdirib.