Macar operator qaçqınları ayağı ilə yıxır

Macarıstanlı qadın operator polisdən yaxa qurtaran qaçqınları yerə yıxmaqda günahlandırılaraq işdən qovulub.

Uşaqlı bir miqrantın Macarıstanın Roszke kəndindəki məntəqədən qaçarkən yıxıldığı an lentə köçürülüb.

Əsasən Suriyanı tərk etmiş qaçqınlardan ibarət minlərlə miqrant, imkanlı Qərbi Avropa ölkələrinə getmək üçün Macarıstana daxil olub.

Qadın operatorun çalışdığı Macarıstanın N1TV şirkəti bildirib ki, o, qəbuledilməz hərəkətə yol verib.