Çili: daşqınlara görə fövqəladə vəziyyət elan olunub
Çili hökuməti Atakama bölgəsində yollar və elektrik şəbəkəsini sıradan çıxaran daşqınlar ardınca fövqəladə vəziyyət elan edib.
Leysan yağışlardan sonra məcrasından çıxan Copiapo çayı boyunca yerləşən bəzi yaşayış məntəqələrinin sakinləri evakuasiya edilir.
Təbii fəlakət bölgəsinə yardım çatdırılır.
Bir nəfərin itkin düşdüyü xəbər verilir.
Video şərhsizdir.