Günəş batareyalı təyyarə: Yer kürəsi ətrafına uçuş davam edir

Günəş batareyaları ilə işləyən “Solar Impulse” təyyarəsi uçuşun növbəti mərhələsinə başlayaraq Hindistandan Birmaya yollanıb. Təyyarənin havaya buraxılmasında məqsəd Yer kürəsi ətrafında dövrə vurmaqdır.

Benqal boğazı üzərindən uçacaq təyyarə Birmanın Mandalay şəhərində enməlidir.

İlk dəfə təyyarə göyə martın 9-da qalxıb. O vaxtdan bəri yolun təqribən 10 faizini arxada qoyan “Solar Impulse” 3 min kilometr məsafəni qət edib.

35 min kilometrlik səyahətin 5 aya tamamlanacağı nəzərdə tutulur.