Alimlər: oranqutanlar səslərini dəyişdirirlər

Alimlər aşkar ediblər ki, oranqutanlar əlləri vasitəsilə səslərini dəyişdirə bilirlər. Belə ki, insanabənzər meymunlar səslərinin qalın çıxması üçün qışqırarkən əllərini ağızlarına sıxırlar.

Hazırda bunu izah edən bir neçə fərziyyə irəli sürülüb. Onlardan birinə əsasən oranqutanlar bu yolla, onlara yaranan təhlükələri hürkütmək üçün daha iri qorillaların səsini təqlid etməyə çalışırlar.

Yeni fenomenin öyrənilməsi erkən mərhələdə insan nitqinin inkişafı ilə bağlı tədqiqatlara kömək edə bilər.