Bakı və I Dünya Müharibəsi: Böyük Güclərin neft uğrunda savaşı

Birinci Dünya Müharibəsi zamanı qədim şəhər Bakı, döyüş meydanına çevrilmişdi.

Ancaq beynəlxalq qüvvələr Xəzər Dənizinin sahillərinə toplaşdı. Onlar yalnız torpaq uğrunda mübarizə aparmırdı.

Bakının qara qızılı dünyanın silahlı qüvvələrini Azərbaycanın sahillərinə gətirdi.

Sənayeləşmə və hərbi texnologiyanın yüksək inkişafı nefti strateji xammala çevirmişdi.

Müharibələr nə üçün aparılır? İnsanlar nəyin uğrunda vuruşurlar? 100 il əvvəl burada baş verənlər tarixdə dönüş nöqtəsi oldu və bu sualların cavabını əbədilik dəyişdirdi.

BBC Azərbaycanca müxbiri Leyla Nəcəfli Bakıdan bu sənədli filmi hazırlayıb.