Yaponiya adasında pişik cənnəti

Yaponiyada bir adanı pişik cənnəti adlandırırlar. 22 sakini olan Aoşimada 120 pişik yaşayır.

Pişiklər adaya balıqçı gəmilərindəki siçanlarla mübarizə aparmaq üçün gətirilmişdi. Bundan sonra isə heyvanların sayı artıb və hazırda bu, Aoşimaya turistləri cəlb edən əsas səbəbdir.

Aoşima adasının uzunluğu cəmi bir kilometr yarımdır. Adanı adi turistlər üçün cazibədar adlandırmaq çətindir. Burada restoran, otel və mağazalar yoxdur. Ancaq bu, pişik sevənlər üçün maneə deyil.

Bu arada Aoşimaya üz tutan turistlərin sayı artır və adanın adı "görməli yerlər" siyahılarına əlavə olunur.