4 ayaqlı Google robotu təpiklənir
Google şirkətinin Boston Dynamics bölməsində hazırlanan robot onu vurub yıxmaq cəhdlərinə rəğmən ayaqda qalmağa müvəffəq olur.
Spot adlı 4 ayaqlı mexanizm zahirən itə bənzəyir. O həm qapalı həm də ki, müxtəlif səthlərə malik açıq məkanlarda istifadə oluna bilər.
Google Boston Dynamics şirkətini 2013-cü ilin dekabr ayında satın alıb.
Masaçüsets ştatında mənzillənən müəssisə ABŞ Müdafiə Nazirliyilə yaxın əlaqələrə malik olub. Hərçənd ki, qabaqcıl texnologiya şirkətini alandan sonra Google hərbi sifarişlərdən imtina edəcəyini bildirib.
Bundan əvvəl Boston Dynamics Spot-a bənzər daha iri robot hazırlayıb.
Video şərhsizdir.