Gürcüstan parlamentində dava düşüb
Gürcüstan parlamentinin plenar iclasında müxalifət və hakim koalisiya nümayəndələri arasında kütləvi dava düşüb.
Mübahisəni beynəlxalq qurumlarda Gürcüstan nümayəndələrinin təmsil olunması doğurub. İclas salonunda vəziyyət gərginləşdikdən sonra “Gürcü arzusu” koalisiyasından olan deputatlarla müxalif “Vahid Milli Hərəkat” fraksiyası üzvlərinin arasında əlbayaxa dava düşüb.
Videogörüntüdə davaya qoşulan millət vəkillərinin bir-birlərinə o cümlədən masa üstü mikrofonları ilə zərbə endirdiyini görmək olar.
Cümə günü baş verən zorakılıq Gürcüstan siyasətində nadir hal təşkil etmir. Ötən ilin dekabr ayında parlamentdə Ukraynadakı vəziyyət müzakirə edilərkən millət vəkilləri arasında dava düşüb. 2013-cü ilin fevral ayında isə rəqib siyasətçilər televiziya debatları gedərkən dalaşıblar.
Video şərhsizdir.