Kambocada turistlərə xidmət etmiş 54 yaşlı fil təqaüdə buraxılıb

Təqaüd və təqaüdçü kimi ifadələr yalnız insan cəmiyyətinə xas olsa da, bəzən bu statusa insanlara xidmət edən heyvanlar da laiyiq görülür.

Belə ki, Kambocanın ən məşhur Sambo adlı filinin təqaüdə göndərilməsi paytaxt Pnom Pen şəhərində təntənə ilə qeyd olunub.

54 yaşlı fil Kambocanı ziyarət edən turistləri uzun illər boyu belində gəzdirib, paytaxtın görməli yerlərini göstərib.

İndi isə təqaüdə layiq görülmüş dişi fil Kambocanın milli qoruğuna buraxılaraq, canlı təbiət şəraitində sərbəst həyat tərzi sürə biləcək.