“Philae” zondunun kometə enişini əks etdirən yeni görüntülər
Avropa Kosmik Agentliyinin Çuryumov-Gerasimenko kometinə ötən həftə göndərdiyi “Philae” tədqiqatçı kapsulun yeni görüntüləri açıqlanıb.
Onlarda “Rosetta” kosmik gəmisindən ayrılmış aparatın komet səthinə dəyərək iki dəfə tullandıqdan sonra ilk endiyi yerdən 800 metrədək aralıqda sabit qaldığını görmək olar.
“Philae”-dakı akkumulyatorlar yatdıqdan sonra kapsulla əlaqə itib. Lakin alimlər ümid edirlər ki, yeni görüntülər onun yerini müəyyənləşdirməyə kömək edə bilər.
Video şərhsizdir.