Kobanidə döyüşlər gedir

Suriyanın Kobani şəhərində ağır döyüşlər bərpa olunub. Gecə boyunca kürd döyüşçüləri və İslam Dövləti qrupu arasında intensiv atışma olub.

Suriyadakı kürd mənbələri BBC-ə deyib ki, İD döyüşçüləri Kobani şəhər mərkəzini tutmağa cəhd göstərirlər. Türkiyə sərhəddində yerləşən bu şəhərdə İD-nin bir çox ərazilərdə mövqeyini bərpa etdiyi hiss olunub, mənbə deyir.

Bu arada, tibbi mənbələr çoxlu itkilərin olması barədə məlumat versə də, ölən və ya yaralananların sayını açıqlamayıb.