13 yaşlı qız Marsa ilk qədəm qoyacaq insan olacaqmı?

13 yaşlı Alyssa Carsonun ən böyük arzusu Marsa ilk qədəm qoyan insan olmaqdır.

Nasa gəncin arzusuna çatmaq şansına malik olduğunu bildirir.

Uçuşa hazırlaşan Alyssa elmi fənlərlə yanaşı bir neçə xarici dil öyrənir və ABŞ Kosmik Agentliyinin fəza düşərgəsi adlanan 3 təlim kursunu başa vuran yeganə şəxsdir.

"Mən başqa peşələri də nəzərdən keçirmişəm. Lakin astronavt olmağı hər şeydən üstün tuturam. Məni Marsa səyahətdən edəcək heç bir maneəni görmək istəmirəm və uğursuluğu qəbul etmirəm", - Alyssa deyir.

Luiziana ştatındakı Baton Rouge şəhərinin sakini uğursuzluğu qəbul etmədiyini bildirir. Onun atası deyir ki, qızı niyyətinə çatmaq üçün əlindən gələni əsirgəmir.

“Biz növbəti 20 ili planlaşdırmışıq. O 2033-cü ildə Marsa getmək niyyətindədir", - Bert Carson deyir.

Materialı BBC müxbirləri Jane O'Brien-lə Peter Murtaugh hazırlayıb.