2014-cü ilin Həcc ziyarəti rəqəmlərdə
Hər il bir çox müsəlmanın etdiyi Həcc ziyarəti üçün bu il Məkkəyə iki milyon adamın baş çəkəcəyi gözlənilir.
Beş günlük ziyarət, İslam təqviminin Zilhiccə ayında (12-ci və son ay) baş tutur.
Bu ziyarəti etmək, İslamın beş şərtindən biridir və hər bir müsəlman ömründə heç olmasa bir dəfə bunu etməlidir - əgər onun maddi imkanı varsa və səhhəti buna imkan verirsə.
Məlumata görə, bu il ziyarətə Azərbaycandan ümumilikdə 4000-ə yaxın zəvvar yollanıb.
Yuxarıdakı videoda bu ilin Həcc ziyarətilə bağlı bəzi statistik məlumatlar təqdim olunur.
Videonu Michael Hirst hazırlayıb.