İraq qüvvələri mühasirədə qalan Əmirli şəhərinə çatıblar

Hərbi mənbələrə əsasən İraq qüvvələri iki aya yaxındır ki, İslam Dövləti silahlılarının mühasirəsində olan şiə türkmənlərinin Əmirli şəhərinə yardım çatdırıblar.

Şənbə günü şimalda yerləşən şəhərdən hava nəqliyyatı vasitəsilə qadın, uşaq və yaşlılar evakuasiya edilib.

Bundan əvvəl ABŞ hərbiyyəsi 15 min sakini olan şəhərə havadan yardım bağlamalarının atıldığını bildirib.

Pentagon nümayəndəsi İraqın şimal bölgəsində aparılan yardım əməliyyatında ABŞ, Britaniya, Avstraliya və Fransa təyyarələrinin də iştirak etdiyini deyib.

Admiral John Kirby Əmirli yaxınlığındakı İD mövqelərinə hava zərbələrinin endirildiyini bildirib.

Ötən həftə BMT bildirib ki, Əmirli müdafiəsinin yarılması kütləvi qırğınla nəticələnə bilər.