20 kiloqram yunu olan qoyun

Tasmaniyada 6 il ərzində sürüdən yad düşüb sərbəst dolaşan və heç vaxt qırxılmadığı güman edilən qoyunun təqribən 20 kiloqram çəkisində yunu olduğu deyilir.

İtmiş hesab edilən qoyun qəflətən Peter və Netty Hazel-in fermalarında peyda olub.

Fermer çütlüyü qoyuna Shaun ləqəbini verib.

Fermerlər deyirlər ki, qırxıldıqdan sonra heyvanın ən çox yuna malik qoyun olub-olmadığı müəyyən ediləcək.