Ukrayna parlamentində dava

Həmkarını Şərqi Ukraynaya getməməkdə qınayan Oleq Lyaşko ilə Aleksandr Şevçenko arasında mübahisə dava ilə nəticələnib.

Ali Radada yaranmış gərgin vəziyyət Oleq Lyaşkonun “get Donbasdakı terrorçuları qov, məni yox” deməsindən sonra daha da kəskinləşib.

Ətrafdakılar kobud ifadələrin istifadə olunduğu mübahisəyə müdaxilə etməyə çalışsalar da, qəfil zərbələrin qarşısını ala bilməyiblər. Videoda Lyaşkoya yumruq endirdikdən sonra meydanı tərk edən Şevçenkonu görmək olar.

Video şərhsizdir.