Ukraynanın şərqində bir günlük atəşkəs elan olunub

Rəsmi Kiyev Ukraynanın şərqində bir günlük atəşkəs elan edib.

Bu qərar beynəlxalq müstəntiqlərə Malayziya Hava Yollarının qəzaya uğramış MH17 reysilə uçan təyyarəsinin düşdüyü əraziyə baxış keçirmək imkanı yaradır.

Atəşkəs elan olunmasına baxmayaraq, itkilərin sayı artmaqdadır.

Interfax məlumat agentliyinin verdiyi xəbərə əsasən, Luqansk şəhər rəsmiləri bugün, cümə axşamı, hökümət qüvvələrinin artilleriya atəşi nəticəsində 3 nəfərin həlak olduğunu və 7 adamın yaralandığını bildirb.

Agentliyin digər məlumatında isə Qorlovka şəhərində bu həftə ərzində 27 nəfərin öldüyü və daha 100 nəfərin yaralandığı qeyd olunub.