MH17 qəzası: "qara qutular" Malayziyaya təhvil verilir

Rusiyanın cənub-şərqində rusiyapərəst üsyançılar iyulun 17-də qəzaya uğrayan Boeing-777 təyyarəsinin "qara qutularını" Malayziya nümayəndələrinə təhvil veriblər.

Uçuş boyu 1 mindən artıq texniki parametri qeyd edən qurğu o cümlədən partlayışın səsini əks etdirə bilərdi. Bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurası qəza ərazisinə maneəsiz girişi tələb edən qərarı yekdilliklə dəstəkləyib.

Bu arada hadisənin səbəblərini araşdıran istintaq hərəkətləri şərqdəki Xarkov şəhərində keçiriləcək və qəzada həyatlarını itirənlərin qohum və yaxınları da bu şəhərə göndəriləcək.

Göyərtəsində 298 adam olan Malayziya Hava Yollarının Boeing-777 təyyarəsi ötən çərşənbə axşamı Rusiya sərhədi yaxınlığındakı münaqişəli ərazidə qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb.

Ukrayna və Qərb ölkələri təyyarənin separatçıların nəzarətdə saxladığı ərazidən raketlə vurulduğunu bildirirlər. Separatçılar hadisəyə görə məsuliyyət daşımadıqlarını deyirlər.

Video şərhsizdir.