Meksikanın boz canavarları
Meksikanın boz canavarları üç il əvvəl vəhşi təbiətə yenidən buraxılandan sonra onların çoxlu balaları dünyaya gəlib.
Bu canavar balalarına iyun ayında, qərbi Sierra Madre dağlarında oynadıqları zaman rast gəliblər.
On illərdir ovlanan, tələyə salınan, zəhərlənən canavarları demək olar ki, yoxa çıxıb. Ancaq heyvan qoruqları 2011-ci ildən başlayaraq onları yenidən təbiətə buraxır.