“İndicə təyyarə vurmuşuq"
Ukraynanın Təhlükəsizlik Xidməti Malayziya təyyarəsinin üsyançılar tərəfindən vurulduğunu "isbat edən” telefon danışıqlarının yazısını internetə yerləşdirib.
YouTube saytına yüklənmiş materialda Malayziya təyyarəsinə aid üç ayrıca danışıq var. Bu təyyarənin iyulun 17-də Ukraynanın Torez şəhərindən şimalda yerləşən Qrabovo üzərində vurulduğu iddia olunur.
Separatçılar tərəfindən aparıldığı iddia edilən ilk rabitə əlaqəsində söhbət iştirakçılardan biri Yenakiyevo yaxınlığında təyyərənin vurulduğunu bildirir.
“İndicə Minyor qrupu təyyarəni vurub”, - deyən şəxs olayın yarım saat əvvəl baş verdiyini bildirir.
Başqa bir lent yazısında həmsöhbətinə “Mayor” kimi xitab edən təyyarənin Çernuxino şəhəri “blokpostunda duran” kazaklar tərəfindən vurulduğu deyir.
Söhbət əsnasında yerə düşən təyyarədən ilk cəsədin tapıldığı bildirir.
İnternetə yüklənən yazıda söhbət aparanlardan biri hadisə yerində indoneziyalı tələbənin universitet vəsiqəsinin tapıldığını bildirir.
Rusiya prezidenti Ukrayna hökumətini rusiyapərəst qüvvələrin nəzarətindən geri almaq istədiyi ərazilərdə yenidən müharibəyə başlamaqda ittiham edib.
“Bu hava məkanı kimə aiddirsə, burada baş vermiş hadisəyə görə də o, məsuliyyət daşıyır” – deyib Vladimir Putin.
Separatçıların lideri Aleksandr Boroday təyyarənin vurulmasında Ukrayna hökumətini günahlandırıb.
Ukrayna Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, həmin vaxt bu ərazidə hərbi hava qüvvələrinin qırıcıları uçmayıb və qiyamçılara qarşı yer-göy tipli raketlərdən istifadə olunmayıb.