Ukrayna: qəzaya uğramış Malayziya təyyarəsinin qırıntıları ətrafa səpələnib
Göyərtəsində 298 adam olan Malayziya Hava Yollarının təyyarəsi cümə axşamı Rusiya sərhədinin yaxınlığındakı münaqişə zonasında qəzaya uğrayıb.
Boeing-777 təyyarəsinin qalıqları separatçıların nəzarət etdiyi Qrabovo kəndi yaxınlığında geniş əraziyə səpələnib. Qəzadan sağ çıxan olmayıb.
İddia olunur ki, münaqişə zonası üzərində uçan təyyarə raketlə vurulub.
Rusiyapərəst separatçılar araşdırmanın keçirilməsi üçün qəzanın baş verdiyi əraziyə sərbəst giriş veriləcəyini bəyan ediblər.