Çində ekiz pandalar doğulub
Bazar ertəsi Çində doğulmuş bacı və qardaş pandalar dünya mediasına təqdim olunub.
Onlar Chengdu Nəhəng Panda yetişdirmə bazasında Yaxing adlı anadan dünyaya gəliblər və şəhərdə bu il doğulmuş ilk ekiz pandalardır.
Çində ötən il 49 bala panda dünyaya gəlib, onlardan 42-i sağ qalıb. Bu, ölkədə panda yetişdirilməsi işi üçün rekord rəqəm sayılır.