Nəsli kəsilməkdə olan oranqutan balası doğulub
Oranqutanlar nəsli kəsilməkdə olan heyvanlardır. Ekspertlərə görə, onlar növbəti 25 ildə nəsli tükənmiş heyvana çevrilə bilər.
Buna görə də, Amerikanın Connecticut ştatındakı qoruqda yeni oranqutanın doğulması bayram üçün səbəbə çevrilib.
Körpə oranqutan və anası Maggie-ni daha da xüsusi edən odur ki, Maggie süni mayalanmadan sonra doğmuş ilk oranqutandır.
Süni mayalanma zamanı eyni qoruqda yaşayan Patrick adlı oranqutanın spermasından istifadə olunub.