Ağ ayı öz sərgüzəştlərini videoya çəkdi
ABŞ-ın geoloji kəşfiyyat xidməti tarixdə ilk dəfə olaraq Şimal buzlu okenanındakı Bofort dənizi yaxınlığında qütb ayısı tərəfindən çəkilmiş videonu yayıb.
Kiçik kamera gənc dişi ayının xaltasına bərkidilmişdi. Alimlər tükənmək təhlükəsi qarşısında olan növlərin buzlaqların əriməsinə necə reaksiya göstərdiklərini öyrənməyə çaslışırlar.
Videosüjetdə ayının suiti ovuna çıxması, habelə başqa bir ayı ilə rastlaşması görünür.