Mehriban Əliyevanın Çində "mədəniyyət günü"
Çərşənbə günü Çin şəhəri Şanxayda ölkənin birinci ledisi Peng Liyuan ölkədə səfərdə olan digər liderlərin xanımlarını Çin mədəniyyət performanslarını izləməyə dəvət edib.
Proqramda Azərbaycanın birinci ledisi Mehriban Əliyeva da iştirak edib.
Uşaqların rəqs ifası, müxtəlif operalar və Tay çi kimi tamaşaları Kamboca Baş nazirinin həyat yoldaşı Bun Rany, Qırğızıstan prezidentinin həyat yoldaşı Raisa Atambayeva, Qazaxıstan prezidentinin həyat yoldaşı Dariğa Nazarbaeva da izləyib.
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün xanım Əliyeva ilə Çinə işgüzar səfərə gedib. Səfər çərşənbə günü başa çatıb.
Video səssizdir.