Ana ayı balasını maşın yolundan belə xilas etdi

Kanadanın British Columbia əyalətində ayı balası maşın yoluna düşüb, amma xöşbəxtlikdən, anasından çox uzaqda olmayıb.

Kootenay milli parkının yanından keçən maşın yoluna düşmüş balasını ana xilas edib.

Təhlükədən xəbərsiz bala ayı parkı yoldan ayıran sədlərin üzərindən hoppanaraq maşın yolunda qalıb. Anası onu yoldan götürəndə isə bacı-qardaşlarından biri onları izləyib.