Serbiya və Bosniyada heyvan cəsədləri xəstəlik təhlükəsi yaradır

Serbiya və Bosniyada son bir əsrdə baş vermiş ən dəhşətli daşqınlar nəticəsində 40 adamın ölməsindən sonra matəm elan olunub.

Hava şəraiti yaxşılaşsa da, hakimiyyət çaylar və çöllərdə çürüməkdə olan heyvan cəsədlərinin ciddi xəstəlik təhlükəsi yaratması barədə xəbərdarlıq ediblər.