Tibetdə nadir qar bəbirinin videosu çəkilib

Çinin Qiangtang Milli Qoruğunda irbisin videosunu yerli çobanlardan biri çəkməyə müvəffəq olub.

Onun qoyun sürüsünə hücum edəndən sonra qarnı dolu olduğu üçün ləng hərəkət edən heyvan tutulduqdan sonra yenidən azad edilib.

Hadisə yerinə gəlmiş təbiəti mühafizə departamentinin mütəxəsissləri nadir pişiyin çəkisinin 80-120 kq arasında olduğunu təxmin ediblər.

Kökü kəsilmək təhlükəsilə üzləşən qar bəbiri Beynəlxalq Qırmızı Kitaba daxil edilərək qorunan heyvan növlərinə aid edilib.