Qırmızı Ay tutulması - nadir fenomen
Şimali və Cənubi Amerikada və Avstraliyanın bəzi yerlərində qırmızı ay tutulmasını görmək mümkün olub. Yuxarıdakı video Avstraliyada müşahidə olunan Ay tutulmasını göstərir.
Ay tamamilə tutulanda, Yer kürəsinin kölgəsi Aya düşür və elə görünür ki, sanki rəngi narıncıdan qırmızıya çevrilməyə başlayır.
"Qan ayı" adlandırılan fenomen təxminən 75 dəqiqə davam edib.
"Ay Yer kürəsinin arxasından keçir ... deyə aya çatan yeganə işıq, Yer atmosferindən keçib refraksiya olunmuş işıqdır", elm üzrə müxbir Jonathan Amos izah edir.
"Rəng yer atmosferində olan tozun səviyyəsindən asılı olaraq müəyyən olunur. Məsələn, çoxlu vulkan püskürmələri olanda atmosferdə çoxlu toz olur və (ay) mis rənginə çevrilir".