Putin Krımın Rusiya tərkibinə daxil olması barədə saziş imzalayıb

Prezident Vladimir Putin Rusiya parlamentinə müraciət edib.

O, bundan öncə Rusiya parlamentini Krımın ölkəyə birləşmək müraciəti barədə rəsmi olaraq məlumatlandırıb, bu yarımadanı özününkiləşdirmək istiqamətində ilk hüquqi addımdır.

Bazar ertəsi cənab Putin Krımın suveren dövlət kimi tanınması haqqında sərəncam imzalayıb.

Krım rəsmiləri bildirib ki, bazar ertəsi seçkilərində seçicilərin 97 faizi yarımadanın Ukraynadan ayrılmasının tərəfdarı olub.

Cənab Putin parlamenti rəsmən Krımın Rusiyaya qoşulmaq istəyi barədə məlumatlandırıb.

Putinin çıxışından:

  • Cənab Putin çıxışında Krımın 1954-cü ildə Ukraynaya verilməsini pisləyib. O deyib ki, bu, pərdə arxasında qəbul olunmuş qeyri-konstitusional qərar olub.

Avropa İttifaqı və ABŞ referendumu qanunsuz elan edib və sanksiyalar tətbiq etmək əmri verib.

Sanksiyalar Ukrayna və Rusiyadan 21 rəsmiyə aiddir.

Gazeta.ru saytı yazır ki, cənab Putin və Krım parlamentinin spikeri Vladimir Konstantinov çıxışlardan sonra Krımın "Rusiya Federasiyasının tərkibinə daxil olması" barədə razılıq imzalaya bilər.