Ağır xəstələrə kim kömək etməlidir? - BBC diskussiyası
Son iki həftə ərzində sosial şəbəkələrdə xərcəng xəstəliyindən əziyyət çəkən 16 yaşlı Nərmin Hüseynli və ağır böyrək çatışmazlığı olan 27 yaşlı Vüqar Feyzulla üçün xeyriyyə tədbirlərinin təşkili barədə məlumatlar paylaşılır.
BBC Azərbaycanca “Azərbaycanda Xeyriyyəçilik” mövzusunu könüllülər Atabəy Ağalarbəyli, Fidan Həsənzadə və sosioloq Əhməd Qəşəmoğlu ilə müzakirə edib.
Atabəy Ağalarbəyli ikinci dəfədir ki, bu tip xeyriyyə-yardım aksiyalarını təşkil edənlərdən biridir. Könüllü Fidan Həsənzadə isə, ianələri toplama prosesindən danışır.
Ağalarbəyli bundan öncə, ötən ilin yanvarında siyasi fəalların cərimə pulunu ödəməyə yardım etmək üçün 5 qəpiklik əskinazların toplanılması kampaniyasını keçirib.
Sosioloq Əhməd Qəşəmoğlu isə, Azərbaycan hökümətinin tibbi sahəsində yeni xəstəxanaların açılması və avadanlıqların gətirilməsi kimi addımlar atdığını qeyd edir.'
Lakin sosioloq deyir ki, belə ağır xəstəliklərdən əziyyət çəkənlərə yardım üçün tibbi sığorta sistemi ətrafında hökümətə layihələr təqdim edilməlidir.
Müzakirəni BBC Azərbaycancanın Bakı müxbiri Xanım Cavadova aparıb.