Krımda "Allahu əkbər" və "Rusiya" şüarları səsləndirilib
Simferopolda Krımın Ali Radası qarşısında iki etiraz aksiyası keçirilib.
Ukraynanın yeni hakimiyyətini dəstəkləyən bir neçə min adam sayı daha az olan rusiyapərəst fəallara qarşı çıxıb.
Yeni hakimiyyəti dəstəkləyən nümayişçilərin əksəriyyəti Krım tatarlarıdır. Onlar "Krım Rusiya deyil" və "Allahu əkbər" şüarlarını səsləndiriblər.
Əvvəla polis işçiləri nümayişçiləri iki hissəyə bölsə də, fəallar kordonlardan keçib və arada toqquşmalar da olub.