20 yanvar "sovet rejimini sarsıtdı"
1990-cı il 20 yanvar hadisələrinin 24-cü ildönümünə hazırlıq ərəfəsində Azərbaycanın Britaniya səfirliyində tədbir keçirilib.
Olayların əhəmiyyətindən danışarkən natiqlər 20 yanvar hadisələrini Sovetlərin dağılmasına aparan böhranın zirvəsi kimi dəyərləndiriblər.
“Həmin hadisələr sovet rejimini sarsıtdı və xalqın əzmi və iradəsi nəticəsində biz öz müstəqilliyimizi yenidən əldə edə bildik”, BBC Azərbaycancaya müsahibəsində səfirliyin mətbuat katibi Polad Məmmədov bildirib.
Azərbaycanın Britaniyadakı səfirliyi bu kimi tədbirlərin dünya boyu təşkil olunacağını bildirib.
1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun bölmələri Bakı şəhərinə yeridilmişdir.
Rəsmi məlumatlara əsasən, hadisələrdə 137 nəfər ölüb, 744 nəfər yaralanmışdır.
Qarabağ məsələsi ətrafında ermənilərlə azərbaycanlılar arasında mübahisənin kəskinləşməsinə təsadüf edən əsgəri müdaxiləni, o cümlədən qanunçuluğun bərpası və erməni əhalisinin müdafiəsi ilə bağlanılırdı.
Lakin Kremlin opponentlərinə əsasən, Moskvanın əsas məqsədi nüfuzu artmaqda olan müstəqillik hərəkatını boğmaq olub.