Münxen zooparkında ekiz ayılar doğulub

Münxen zooparkında 5 həftə əvvəl dünyaya gələn ekiz ağ ayılar ilk dəfə videokameraya düşüblər.

7 yaşlı anası Giovanna ilə bir volyerdə qalan ayı balalarının cinsi hələ ki, müəyyən edilməyib.

Çəkisi 350–700 kg arasında olan ağ ayılar quruda yaşayan ən iri yırtıcı heyvanlardan biridir.

Nəsilləri azalmaqda olan ağ ayıların qorunması 1973-cü ildə imzalanmış beynəlxalq sazişlə tənzimlənir.

Video şərhsizdir.