"Ay Allah, ölüncən bircə qaz görüm..." - Kürdəmir sakini

Kürdəmirin Mollakənd kəndinin sakinləri uzun müddətdir ki, qazsız yaşadıqlarını deyirlər.

"Sovet dövründən bizim qazımız yoxdur", 70 yaşlı Qulu Hüseynov deyir.

Onun fikrincə prezidentin bu barədə xəbəri yoxdur, çünki "məmurlar demirlər, yuxarı çatdırmırlar".

Sakinlər suyu maşınla gətizdirməli olduqlarından da danışıblar.

Mollakənd sakinlərinin problemləri Elvin Adıgözəlin "İnsan hekayələri" layihəsində.