Gəncəli musiqiçi: "Nə qədər eyni şeyi çalasan?"
Gəncədə doğulmuş Nərmin Həsənova konservatoriyanı bitirəndən sonra həm Bakıda, həm də Gəncədə musiqi müəlliməsi kimi işləyib.
O, bir musiqiçi olaraq Azərbaycanda bu işin bəyənmədiyi cəhətlərindən də danışıb. "Nə qədər eyni şeyi çalasan? Muğamlar, xalq mahnıları..."
Nərmin Həsənova Gəncədə kinorejissor Elvin Adıgözələ danışıb.
O, Aura Park ticarət mərkəzində qrupu ilə birlikdə çalaraq qazanır.
Videolar Gəncə musiqi kolleci, Aura Park ticarət mərkəzi və Nərmin xanımın evində çəkilib.
<italic>BBC Azərbaycanca rejissor "<link type="page"><caption> Elvin Adıgözəlin insan hekayələri</caption><url href="http://www.bbc.co.uk/azeri/topics/elvin_videos/" platform="highweb"/></link>" layihəsini təqdim edir.</italic>
Rejissorun çəkdiyi qısa filmlərdə Azərbaycanda müxtəlif insanlar öz həyatları, problemləri, xoşbəxtlikləri haqqında danışır.